Zurabişvili: “Heç kim Saakaşvilini əfv edib-etməməyimlə bağlı qərarıma təsir edə bilməz”

Dünya

29.02.2024 - 13:11

Həkimlər Klinikalar SEO Xidməti

Gürcüstan Prezidenti: “Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi məsələ deyil”

“Gürcüstanın keçmiş lideri Mixail Saakaşvilinin əfv edilib-edilməməsi ilə bağlı qərar Gürcüstan Prezidentinin mənəvi məsuliyyətidir. Ona görə də heç kim belə qərara təsir edə bilməz”. AYNA xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili Britaniyanın “Chatham House” beyin mərkəzinin Londonda təşkil etdiyi tədbirdə deyib.

Gürcüstan lideri Saakaşvilinin mümkün əfvi ilə bağlı danışarkən deyib ki, bu, şəxsi qərar ola bilər və buna görə yalnız o, məsuliyyət daşıya bilər: “Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi məsələ deyil”.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Gürcüstanın hakim “Gürcü arzusu” Partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirmişdi ki, Zurabişvili Mixail Saakaşvilini əfv edə bilməz.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş