Zirehli texnikaların heyətləri ilə praktiki çalışmalar yerinə yetirilib

Xəbərlər

23.02.2022 - 16:17

Həkimlər Klinikalar SEO Xidməti

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib

Müdafiə Nazirliyindən AYNA-ya verilən xəbərə görə, icra olunan çalışmalarda əsas məqsəd sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərini, eləcə də tuşlayıcı operatorların texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, mexanikləşdirilmiş və tank bölmələrinin döyüş hazırlığının daha da yüksəldilməsidir.

Çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş