Fransa prezidentliyinə namizəd: “Fransızlar Avropa Birliyinin vassalı olmayacaqlar”
Fransa prezidentliyinə namizəd Erik Zemmur Paris yaxınlığındakı Vilpent şəhərindəki seçki kampaniyasının ilk mitinqində tərəfdarları qarşısında çıxış edərkən, ölkəsini NATO-dan çıxarmaq istədiyini açıqlayıb. AYNA bu barədə “RİA Novosti”yə istinadən bildirir.
"Mən Fransanın NATO-nun vahid hərbi komandanlığından çıxmasını istəyirəm. Fransızlar Avropa Birliyinin vassalı olmayacaqlar”, - deyə siyasətçi qeyd edib.
Qeyd edək ki, Zemmur namizədliyini oktyabrın 30-da irəli sürüb. O, radikal sağçı kimi tanınır.
Xatırladaq ki, 2022-ci ilin aprelində Fransada seçkilər keçiriləcək. Dövlət başçısı vəzifəsinə namizədlər siyahısına 40-dan çox adam daxil edilib.