“Muzdluların əsas hədəfi Volodimir Zelenski, Andrey Yermak, Denis Şmıxaldır”
Martın 20-də “Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojinlə əlaqəli olan daha bir silahlı qrup Ukraynaya gəlib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Kəşfiyyat Xidməti məlumat yayıb.
Bildirilir ki, cinayətkarların əsas vəzifəsi ölkənin ali hərbi-siyasi rəhbərliyini məhv etməkdir: “Muzdluların əsas hədəfi Volodimir Zelenski, Andrey Yermak, Denis Şmıxaldır. Cinayətkarlar bu şəxsləri öldürmək istəyirlər”.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Aparatının rəsmisi Mixail Podolyak Zelenskiyə qarşı artıq on dəfədən çox sui-qəsd cəhdi olduğunu bildirmişdi.