Ukrayna Prezidenti: "İnsanların ölümünün qarşısını almaq lazımdır"
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə xalqa müraciətində Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına dəvət edib. AYNA-nın xəbərinə görə, Zelenski qırğının qarşısının alınmalı olduğunu söyləyib.
"Bir daha Rusiya Prezidentinə müraciət etmək istəyirəm. Bütün Ukrayna ərazisində müharibə gedir. Gəlin danışıqlar masası arxasında əyləşək. İnsanların ölümünün qarşısını almaq üçün", - deyə Ukrayna lideri söyləyib.
Zelenski Rusiyanın Ukraynaya hücumunu bütün Avropaya hücum adlandırıb: "Rusiyanın Ukraynaya təcavüzü təkcə Ukrayna və onun xalqına deyil, bötüvlükdə Avropanın Birliyinə, insan haqlarına, Avropada mövcud olan bütün qaydalara hücumdur”.