Ukrayna Prezidenti bu barədə öz "Twitter" səhifəsində yazıb
Ukrayna Prezidenti Volodimir Zelenski “Meta” sosial şəbəkə platformasına Ukrayna ilə bağlı tutduğu mövqeyə ukraynalılara dəstəyinə görə təşəkkür edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti bu barədə öz "Twitter" səhifəsində yazıb.
“Mən “Meta”ya və ukraynalılarla çiyin-çiyinə duran, kömək edən və fəal mövqe tutan digər platformalara təşəkkür etmək istəyirəm”, - deyə Zelenski qeyd edib.
Xatırladaq ki, martın 11-də “Facebook” və “Instagram”ın sahibi olan “Meta” istifadəçilərin paylaşımı ilə bağlı siyasətində dəyişikliyini elan edib. Şirkətdən şəbəkələrin moderatorlarına göndərilən məktubda deyilir ki, bir sıra ölkələrdə “Meta” müvəqqəti olaraq öz sosial şəbəkə platformalarının istifadəçilərinə Rusiyaya qarşı zorakılıq çağırışlarını bloklamamağa icazə verir.
Qeyd edək ki, “Roskomnadzor” martın 4-də Rusiyada “Facebook” sosial şəbəkəsini bloklayıb. “Instagram” isə bu gündən bloklanacaq.