Zelenski: “Ukrayna müharibəni bitirəcək diplomatiya istəyir”

Dünya

22.01.2025 - 11:56

Həkimlər Klinikalar SEO Xidməti

“Güclü diplomatiya həm də Ukrayna və Avropa üçün davamlı, ədalətli və güclü sülhə gətirib çıxaracaq”

“Ukrayna öz sülh strategiyasının bir hissəsi kimi müharibəni bitirməyə kömək edəcək diplomatiya istəyir”.

AYNA “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Davosda Dünya İqtisadi Forumundakı çıxışında deyib.

 “Strategiya – əminəm ki, müharibənin sonuna aparacaq istənilən diplomatiyaya yaxınlaşmalıyıq. Bunun necə olacağı sual doğurur”, - Zelenski qeyd edib.

Prezident bildirib ki, “diplomatiya güclü olarsa, danışıqlar nəticəsində Ukrayna Rusiyanın təkrar hücumunu mümkünsüz edəcək güclü təhlükəsizlik zəmanəti alacaq”.

“Güclü diplomatiya həm də Ukrayna və Avropa üçün davamlı, ədalətli və güclü sülhə gətirib çıxaracaq”, - Ukrayna lideri vurğulayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ-ın yeni Prezidenti Donald Tramp müharibəni mümkün qədər tez bitirməyə çalışacağını deyib. Zelenski daha əvvəl bəyan etmişdi ki, müharibənin 2025-ci ildə bitməsi üçün əlindən gələni edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş