Zelenski Rusiya ilə sülhün şərtini açıqlayıb

Dünya

01.04.2023 - 00:40

“Diplomatik danışıqların başlaması və müharibənin sonunun müəyyənləşdirilməsi yalnız Rusiya qoşunlarını Ukraynadan döyüşsüz çıxardıqdan sonra ola bilər”.

AYNA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

Onun sözlərinə görə, əgər Ukrayna ərazilərindən Rusiya qoşunlarını özü çıxarsa, danışıqlar baş tutmayacaq:

“Çünki, çox böyük itkilər olacaq. Çoxlu sayda qurbanlar olacaq. Ümumiyyətlə, bu insanlarla nə danışaq? Onları təcrid etmək lazımdır, onların əlini də sıxmaq lazım deyil. Hamısı budur”.

Müəllif: Ayna.az