Ukrayna Prezidenti: “Böyük tortu bütöv şəkildə udmaq çətindir”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəni tort ilə müqayisə edib. AYNA xəbər verir ki, bu barədə Ukrayna lideri jurnalist Dmitri Komarovla “YouTube”də yayımlanan müsahibəsində deyib.
"Biz o tortu yeyə bilmərik – ağzımıza sığmayacaq. Böyük tortu bütöv şəkildə udmaq çətindir. Ona görə də onu parçalara bölmək lazımdır”, - Zelenski vurğulayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti bundan əvvəl Qərb təyyarələrinin gəlməsini gözləmədən ordunun əks-hücum əməliyyatına başlayacağını açıqlayıb.