"Moskva onlara Ukrayna ilə əlaqələrini unutdurmağa çalışır"
Müharibə başlayandan Rusiya 200 min uşağı Ukraynadan öz ərazisinə deportasiya edib. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Ukrayna lideri bildirib ki, bunlar körpələr evində olan, valideynlərini itirmiş və ya valideynlərindən uzaq düşmüş uşaqlardır.
"Moskva deportasiya etdiyi ukraynalıları Rusiyanın ucqar bölgələrində məskunlaşdıraraq, onlara Ukrayna ilə əlaqələrini unutdurmağa çalışır. Müharibə başlayandan Ukraynada 243 uşaq qətlə yetirilib, 446 uşaq yaralanıb, daha 139 uşaq isə itkin düşüb".