Zelenski Putinlə danışıqlara hazırdır

Dünya

06.03.2022 - 22:08

Həkimlər Klinikalar SEO Xidməti

“Əlbəttə, heç bir ultimatum olmadan və qətiyyətlə”

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə birbaşa danışıqlara hazırdır. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Andrey Sibiqa deyib.

“Biz müharibənin dayandırılmasının və sülh danışıqlarının tərəfdarıyıq. Ukrayna prezidenti isə Putinlə birbaşa danışıqlara hazırdır. O, gündəlikdəki hər hansı məsələ ilə bağlı danışmaqdan çəkinmir. Əlbəttə, heç bir ultimatum olmadan və qətiyyətlə”, - Sibiqa bildirib.

Daha əvvəl Ukrayna mətbuatı bildirib ki, Prezident Zelenski Rusiyanın dövlət başçısı ilə Türkiyədə danışıqlara razılaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş