Zelenski: "O vaxt qalib gəldik, indi də qalib gələcəyik”

Dünya

09.05.2022 - 11:26

Ukrayna Prezidenti xalqı nasizm üzərində Qələbə Günü münasibətilə təbrik edib

Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalıları nasizm üzərində Qələbə Günü münasibətilə təbrik edib. AYNA xəbər verir ki, təbrik mətni Prezidentin “Telegram” səhifəsində yerləşdirilib.

Zelenski bildirib ki, o vaxt qalib gəliblər, indi də qalib gələcəklər: “Biz uşaqlarımız üçün azadlıq uğrunda mübarizə aparırıq. Bu o deməkdir ki, biz qalib gələcəyik. Biz səkkiz milyondan çox ukraynalının həlak olduğu İkinci Dünya müharibəsində əcdadlarımızın etdiklərini heç vaxt unutmayacağıq. Tezliklə Ukraynada ikinci Qələbə Günü olacaq”.

"O vaxt qalib gəldik, indi də qalib gələcəyik. Xalq qələbə paradını - Ukraynanın qələbəsini görəcək!", - deyə Zelenski bildirib.

Müəllif: Ayna.az