Zelenski: “Kiyev NATO-ya daxil olmaq perspektivlərini real qiymətləndirir”

Dünya

04.05.2023 - 20:49

cedabet dərman SEO Xidməti

“Biz bilirik ki, müharibə davam etdiyi müddətdə NATO-da olmayacağıq”

Belçika Ukraynaya yeni hərbi yardım paketi hazırlayır. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə  Belçikanın Baş naziri Aleksandr de Kro bildirib.

O, əlavə edib ki, Belçika hökuməti Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya müharibədə kömək etmək üçün istifadə imkanlarını da nəzərdən keçirir.

Müvafiq bəyanatla De Kro Haaqada Ukrayna Prezidenti, Belçika və Niderland Baş nazirləri arasında üçtərəfli danışıqların yekunlarına həsr edilən mətbuat konfransında çıxış edib.

Niderlandın Baş naziri Mark Rütte isə ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib. Vurğulayıb ki, Rusiya müharibədə qalib gələ bilməz və hərbi cinayətlərə görə cavab verməlidir.

Rütte Amsterdamın Kiyevin NATO-ya daxil olmaq istəyini dəstəklədiyini də deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, rəsmi Kiyev NATO-ya daxil olmaq perspektivlərini real qiymətləndirir: “Biz bilirik ki, müharibə davam etdiyi müddətdə NATO-da olmayacağıq”.

Zelenski Ukraynaya qırıcıların verilməsinə bir daha çağırış edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş