Zelenski İrana qarşı sanksiyalar tətbiqini təklif edir

Dünya

28.05.2023 - 13:49

Ukrayna Prezidenti Ali Radaya qətnamə layihəsi tədqim edib

Kiyev İran İslam Respublikasının sanksiyalara məruz qalmalı olduğu qənaətindədir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ali Radaya təqdim etdiyi qətnamə layihəsində deyilir.

Qətnamə layihəsinə əlavədə qeyd olunur: “İran İslam Respublikasına qarşı 50 il müddətinə sahəvi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlər tətbiq edilsin”.

Bundan əlavə, Tehranla ticarət əməliyyatlarına qadağa qoyulması, habelə Ukrayna ərazisində resursların tranzitinin, uçuşların və daşımaların dayandırılması təklif edilir.

Sənəddə həmçinin İrana hər hansı investisiya qoyuluşuna və onun rezidentləri tərəfindən texnologiyaların, əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların ötürülməsinə qadağa qoyulması nəzərdə tutulur.

Müəllif: Ayna.az