Zaxarova Avropa Şurasını ittiham etdi: “Yəqin ki, qorxdular...”

Dünya

29.03.2024 - 10:51

““Crocus”da baş verənlərə Avropa Şurasından heç bir reaksiya yoxdur”

“Avropa Şurasının rəhbərliyi “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı rəsmi mövqe bildirməyib”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomatın sözlərinə görə, terror aktı baş verən zaman Avropa Şurasının rəhbərləri Kiyevdə olub: “Yəqin ki, ev sahibi tərəfi narahat etməkdən qorxublar. Bir çox dünya liderləri və beynəlxalq təşkilatlar terror aktını pisləyib, Rusiya xalqına başsağlığı və dəstək verib. “Crocus”da baş verənlərə Avropa Şurasından heç bir reaksiya yoxdur”.

“Beynəlxalq ictimaiyyətin göstərdiyi həmrəylik fonunda Avropa Şurası liderlərinin nümayişkaranə kinli biganəliyi diqqət çəkilib", - Zaxarova ittiham edib.

Müəllif: Ayna.az