Zaqatalada heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb

Xəbərlər

19.11.2021 - 17:54

Həkimlər Klinikalar SEO Xidməti

AQTA heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan AYNA-ya verilən məlumata görə, Zaqatala rayonunda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilib.

Reydlər zamanı heyvan kəsimi və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi 16 məntəqə aşkar edilib.

Aşkar olunan faktla əlaqədar qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş