Zaporojye bombalandı: mülki obyektlər və evlər vurulub

Dünya

23.09.2022 - 12:41

Raketlərdən biri şəhər yaxınlığındakı tikinti sahəsinə düşüb

Sentyabrın 23-nə keçən gecə Rusiya qoşunlarının Zaporojye şəhərinə və Zaporojye vilayətinin digər şəhərlərinə raket hücumları olub. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux məlumat verib.

“Zaporojyedə mülki infrastruktur obyekti dağıdılıb, ətrafdakı evlərə və avtomobillərə ziyan dəyib. İndi üç yaralı məlumdur. Onlar xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Zaporojyedə daha bir obyekt məhv edilib. Həmçinin raketlərdən biri şəhər yaxınlığındakı tikinti sahəsinə düşüb”, - deyə Adminstrasiya rəhbəri qeyd edib.

Onun sözlərinə görə, hadisə yerində müvafiq işlər həyata keçirilir.

Müəllif: Ayna.az