Zaporojye AES yenidən atəşə tutulur: MAQATE narahatdır

Dünya

12.09.2022 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

MAQATE-nin baş direktoru reaktorların təhlükə altında olduğunu açıqlayıb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib ki, Zaporojye Atom Elektrik Stansiyasının (AES) atəşə tutulması davam edir. AYNA xarici mediaya istinadən bildirir ki, Qrossinin sözlərinə görə, artilleriya zərbələri reaktorları və işlənmiş yanacaq anbarlarını təhlükə altında qoyur.

 “Bizim prioritet hesab etdiyimiz iki şey var. Birincisi, əlbəttə ki, atəşin dayanmasıdır. Çünki atəş davam edir və reaktorlara və digər obyektlərə, xüsusən də işlənmiş yanacağın yerləşdiyi ərazilərə birbaşa təsir göstərir. Bu, ciddi nəticələrə səbəb ola bilər. Bu, AES-in normal fəaliyyətini iflic edə bilər. İkincisi isə xarici enerji təchizatının təmin edilməsidir”, - Qrossi bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş