"Ətraf mühitə heç bir radioloji sızma müşahidə edilməyib"
Zaporojye Atom Elektrik Stansiyasında (AES) heç bir radioloji yayılma yoxdur. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) məlumat yayıb.
Qeyd edilib ki, 4 buxar generatorundan birində aşkar edilmiş su sızmasının dəqiq səbəbini müəyyənləşdirmək və təmir etmək üçün 4 nömrəli enerji bloku "soyuq dayandırma" rejiminə keçiriləcək.
"Ətraf mühitə heç bir radioloji sızma müşahidə edilməyib", - deyə qeyd olunub.