Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Xəbərlər

09.12.2021 - 20:58

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: " 3 hərbi qulluqçunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi"

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İraqın şimalında 3 türk hərbçisinin şəhid olması ilə bağlı Türkiyəyə başsağlığı verib.

AYNA-nın məlumatına görə, başsağlığında deyilir:

“Pəncə-İldırım" əməliyyat zonasında xaincəsinə həyata keçirilən terror hücumu nəticəsində şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır!

Allah rəhmət eləsin!”

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş