Zakir Həsənov Pakistana gedib

Xəbərlər

21.03.2022 - 14:23

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanın müdafiə nazirinin Pakistana rəsmi səfəri başlayıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə martın 21-də bu ölkəyə rəsmi səfərə gedib.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, nazir general-polkovnik Z.Həsənovun ölkənin bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü, eləcə də Pakistanın “Milli Günü”nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş