Zabuxda evdə əl qumbaraları aşkarlanıb

Xəbərlər

08.02.2023 - 14:43

Qumbaralar polis əməkdaşları tərəfindən aidiyyəti üzrə təhvil verilib

İşğaldan azad edilmiş ərazilərdəki silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən intensiv tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Laçın rayonunun Zabux kəndində tikinti işləri aparılarkən evlərin birindən aşkar edilən 3 ədəd əl qumbarası rayon polis şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az