Gəmilərin 19 ekipaj üzvü də saxlanılıb
Yunanıstanda Egey dənizi körfəzində Avropa İttifaqının sanksiyaları altında olan iki Rusiya tankeri saxlanılıb. AYNA xəbər verir ki, bu barədə "Fleetmon" portalı məlumat yayıb.
Qeyd edilib ki, gəmilər Evbeya adasındakı Karistos sahil şəhəri yaxınlığında yüklü vəziyyətdə saxlanılıblar. Gəmilərin 19 ekipaj üzvü də saxlanılıb.