Yunan polisi Müqəddəs Qəbir kilsəsində saxlanılıb

Dünya

05.05.2024 - 11:32

Yunanıstan XİN-in müdaxiləsindən sonra polisin sərbəst buraxıldığı deyilir

İsrail polisi Qüdsdəki Müqəddəs Qəbir kilsəsində Yunanıstanın baş konsulunun mühafizəçisi olan yunan polisi saxlayıb. AYNA xəbər verir ki, bu barədə “Neostrategy.gr” informasiya portalı məlumat yayıb.

Hadisənin Yunanıstan xarici işlər nazirinin müavini Giorgos Kotsirasın başçılıq etdiyi nümayəndə heyətinin qarşısında baş verdiyi bildirilir.

Yunan müxalifəti məsələyə aydınlıq gətirilməsini tələb edib. Afinadakı diplomatik mənbələr Yunanıstan Xarici İşlər Nazirliyinin müdaxiləsindən sonra polisin sərbəst buraxıldığını bildirib.

Ən böyük müxalifət partiyası olan Radikal Solların Koalisiyası - Proqressiv Alyansın lideri Stefanos Kasselakis qeyd edib ki, “Yunanıstan baş konsulunun mühafizəçisinin həbsi xəbərindən şoka düşüb”.

Mayın 4-də müqəddəs şənbə günü, Qüdsdəki Müqəddəs Qəbir kilsəsində Müqəddəs “Od enməsi” mərasimi keçirilib. Yerusəlim Patriarxı III Teofil “Odun enməsi” üçün dua etdiyi Edikuldan çıxdı və onu məbəddəki insanlara paylamağa başlayıb.

Müəllif: Ayna.az