“Yüksəliş” müsabiqəsinin final mərhələsinə başlanılıb

Xəbərlər

15.07.2022 - 17:46

Həkimlər Klinikalar SEO Xidməti

Finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 116 nəfər mübarizə aparır

İyulun 15-də “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib. AYNA xəbər verir ki, “Bakı Ekspo Mərkəzi”ndə baş tutan müsabiqənin final mərhələsi çərçivəsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunda idarəçi rəhbərlərin çıxışları olub.

Çıxışlarda “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərini, liderlik müstəvisində proqressiv düşüncə, çevik idarəçilik bacarıqlarına malik peşəkarları aşkara çıxarmaqda, onların potensialını lazımi sahələrə yönləndirməkdə, eyni zamanda, peşəkar kadrların dəyərləndirilməsi və dəstəklənməsi baxımından ölkəmiz üçün əhəmiyyətli layihə olduğu vurğulanıb.

Panel müzakirələri çərçivəsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunun gündəmə gətirilməsinin əsas məqsədi müsabiqənin finalçılarına peşəkar idarəçilərin təcrübələrini dinləmək imkanı yaratmaq, idarəetmə sistemində yeni yanaşmaların, səmərəli insan kapitalının yetişdirilməsinin əhəmiyyətini vurğulamaqdır.

Qeyd edək ki, müsabiqənin yarımfinal və final mərhələləri “qiymətləndirmə konfransı” formatında keçirilir. Bu təcrübə ölkəmizdə imtahan sistemində ilk dəfə tətbiq edilir. ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılan bu format böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur.

Finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 116 nəfər mübarizə aparır. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edir və onların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilir. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.

Final mərhələsi 3 gün davam edəcək və müsabiqə iyulun 17-də yekunlaşacaq. Bu mərhələni uğurla keçən iştirakçıları 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş