Andrey Klişas: "Youtube" qanuna əməl etməlidir
"Youtube" şəbəkəsi Rusiyada bloklana bilər. AYNA-nın məlumatına görə, bu barədə Rusiya Federasiya Şurasının konstitusiya qanunvericilik komitəsinin sədri Andrey Klişas bildirib.
Onun sözlərinə görə, qanuna əməl etmədiyi təqdirdə Youtube Rusiyada bloklanacaq: ""Youtube" qanuna əməl etməlidir, ya da bloklanmalıdır".
Qeyd edək ki, bazar ertəsi Roskomnadzor "Google"dan "Sovet Televiziyası. Gosteleradiofond"un "Youtube" kanallarına girişi dərhal bərpa etməyi tələb edib.