Yermak, Sibiqa və Umerov Parisə gediblər

Dünya

17.04.2025 - 15:06

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna rəsmiləri Qərb tərəfdaşları ilə təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov Parisə gediblər. AYNA.AZ UNİAN-a istinadən xəbər verir ki, bu barədə Yermak özünün “Telegram” kanalında yazıb.

“Parisə indicə eniş etdik. Xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerovla birlikdə gəldik”, - deyə Yermak qeyd edib.

Onun sözlərinə görə, səfər çərçivəsində “İstəklilər koalisiyası”na daxil olan və təhlükəsizliyi təmin etməyə qadir olan dövlətlərin, xüsusən də Fransa, Almaniya və Böyük Britaniyanın nümayəndələri ilə bir sıra ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Bundan əlavə, hazırda Fransada olan ABŞ nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

“Biz Ukraynanın və bütün Avropanın təhlükəsizliyi üçün vacib məsələlər üzərində işləyirik”, - deyə rəsmi əlavə edib.

Eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna nümayəndə heyətinin davamlı sülh və təhlükəsizlik üzrə məsləhətləşmələr üçün Parisə getdiyini açıqlayıb.

“Səfər çərçivəsində nümayəndə heyətinin “İstəklilər koalisiyası”na daxil olan dövlətlərin nümayəndələri ilə bir sıra ikitərəfli və çoxtərəfli görüşlərdə iştirakı planlaşdırılır. Görüşlər Ukraynada davamlı sülhün əldə edilməsi üzrə məsləhətləşmələrin davamı olacaq. Xüsusən də tərəflər tam atəşkəsə nail olmaq yollarını, davamlı sülhün təmin edilməsi üçün çoxmillətli hərbi kontingentin cəlb edilməsini, Ukraynanın təhlükəsizlik arxitekturasının daha da inkişaf etdirilməsi və dövlətimizin təhlükəsizliyinin təmin edilməsini müzakirə edəcəklər”, - məlumatda vurğulanıb.

XİN Ukrayna rəsmilərinin ABŞ nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırdığını təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş