Zəlzələnin mənbəsi 82 km dərinlikdə yerləşib
Papua-Yeni Qvineya sahillərində, Yeni Britaniya adası yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib. AYNA xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Bürosunun saytında məlumat yerləşdirilib.
Zəlzələnin mənbəsi 82 km dərinlikdə yerləşib. Zəlzələnin episentrinə ən yaxın yaşayış məntəqəsi Şərqi Yeni Britaniya əyalətinin inzibati mərkəzi olan Kokopo şəhəridir.
Ölən və yaralananlar barədə məlumat verilmir.