Qapını sındırmaq cəhdinin uğursuzluğundan sonra yaraqlılar öz qayıqları ilə Yəmən sahillərinə qayıtmağa çalışıblar
ABŞ ordusu Yəmən sahillərində “Zodiac Maritime” tankerinə hücum edən dəniz quldurlarını saxlayıb və sorğu-sual edib. AYNA “Fox News”a istinadən xəbər verir ki, ekipaj və gəmidəki yükə zərər dəyməyib.
Məlumata görə, tankeri 5 silahlı quldurun qaçırdığı güman edilir. Onlar özlərini təhlükəsiz otağa bağlayan ekipaj üzvlərinə çata bilməyiblər. Qapını sındırmaq cəhdinin uğursuzluğundan sonra yaraqlılar öz qayıqları ilə Yəmən sahillərinə qayıtmağa çalışıblar.
“ABŞ Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti, ABŞ hərbi gəmisi tərəfindən təqib edilərkən, xəbərdarlıq atəşi açaraq subyektləri təqib edib. Yapon esminesi USS Mason aviadaşıyıcısına müdaxilədə köməklik göstərib”, - nəşr qeyd edib.
Bundan əvvəl naməlum şəxslərin Yəmən sahillərində İsrailə aid tankeri qaçırdığı bildirilirdi.