Meteor yağışı ən aydın şəkildə Şimal yarımkürəsində görünəcək
Dekabrın 13-dən 14-nə keçən gecə meteor yağışı gözlənilir. AYNA xəbər verir ki, bu barədə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.
Qeyd olunub ki, meteor yağışı ən aydın şəkildə Şimal yarımkürəsində görünəcək, lakin Cənub yarımkürəsində də daha az intensivliklə müşahidə oluna bilər.
Ən ağır axın dövrü saat 02:00-da olacaq.