Yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb

Xəbərlər

29.01.2022 - 02:54

Həkimlər Klinikalar SEO Xidməti

Şəxs tibbi prosedurlar gözlənilməklə evə qaytarılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, Oğuz rayonunun Baş Daşağıl kənd sakini Əfqan Rəsulovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib.

Buna baxmayaraq həmin şəxs polis əməkdaşları tərəfindən kənd ərazisində gəzərkən aşkarlanıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb və bu barədə səhiyyə qurumları məlumatlandırılıb.

Ə.Rəsulov barəsində polis şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş