Bakıda qəza baş verən ərazidə suçəkmə işləri iki saata yekunlaşa bilər
Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb. Nəticədə ətrafı su basıb, avtomobillərin gedişində çətinlik yaranıb.
AYNA xəbər verir ki, qəza nəticəsində xəttə suyun verilişi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb.
Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov jurnalistlərə açıqlamasında deyib ki, ərazidə suçəkmə işləri iki saat ərzində yekunlaşa bilər.
Onun sözlərinə görə, qəza səbəbindən ərazidə olan yaşayış binasının təxminən 1500 metrlik ərazisində bir metr dərinliyində su olub. Nazirlik rəsmisi bildirib ki, hazırda suyun miqdarı 60 sm azalaraq 30 sm-ə enib. O, nə qədər obyektə ziyan dəyməsi ilə bağlı dəqiq informasiyaya sahib olmadığını vurğulayıb: "Çünki hazırda suçəkmə işləri ilə məşğuluq. İki saat ərzində işlər yekunlaşa bilər".
R.Nəsirov bildirib ki, suçəkmə prosesinə FHN-in üç avtomobili və digər vasitələri cəlb olunub.






