Doqquz nəfəri öldürən qatilin ölüm cəzası icra edilib
Yaponiya 2022-ci ildən bəri ilk dəfə serial qatili edam edib. AYNA.AZ xəbər verir ki, bu barədə iyunun 27-də NHK telekanalı məlumat yayıb.
Doqquz nəfəri öz mənzilinə gətirən və şirnikləndirərək öldürən qatilin ölüm cəzasına məhkum edildiyi bildirilir. O,həmçinin quldurluqda və qurbanlarına qarşı cinsi təcavüzdə də mühakimə olunub.
Bu, 2022-ci ilin iyulundan bəri ilk ölüm hökmünün icrasıdır.