Xüsusi əməliyyat keçirildi: İrana xidmət etməkdə şübhəli bilinənlər tutulub 

Xəbərlər

18.04.2023 - 15:33

cedabet dərman SEO Xidməti

Məqsədləri “kərimə” gənclərini narkotik vasitələrə qurşandırmaqla idarə etmək olub

Azərbaycanda din adı altında İran xüsusi xidmət orqanlarının tapşırığı əsasında cinayətkar fəaliyyət göstərməkdə şübhəli bilinən bir qrup şəxs ifşa edilib.

AYNA APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həmin şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı 20-ə yaxın şəxsin bu cinayətkar qrupun üzvü olduğu və din adı altında başqa fəaliyyətlər göstərdiyi məlum olub.

Müəyyən edilib ki, həmin şəxslər dini xurafatçılıqla və İran lehinə dini təbliğat aparmaqla narkotik vasitələrin kütləvi satışını da təşkil ediblər.

Onların məqsədi Azərbaycanın dünyəvi dəyərlərinə zərbə vurmaq, “kərimə” gənclərini narkotik vasitələrə qurşandırmaqla idarə etmək olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş