Xırdalanda yarımstansiyada yanğın olub

Hadisə

17.03.2022 - 15:16

Həkimlər Klinikalar SEO Xidməti

Yarımstansiyanın və evlərin qalan hissəsi yanğından mühafizə olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda yarımstansiyada baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən AYNA-ya verilən xəbərə görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 105 m² olan yarımstansiyanın içərisində 16 ədəd paylayıcı açar və kabel, bitişik iki evin dam örtüyü 6 m² sahədə yanıb. 

Yarımstansiyanın və evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş