XİN başçısı: "Yeni səhifə açmaq barədə razılığa gəldik"

Xəbərlər

24.12.2021 - 17:44

Həkimlər Klinikalar SEO Xidməti

Hüseyn Əmir Abdullahian: "Biz qonşularımıza üstünlük verməyə davam edirik"

"İran-Azərbaycan əlaqələrində yeni səhifə açmaq barədə razılığa gəlmişik". AYNA-nın APA-ya istinadən xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfərinin yekunları ilə bağlı "Twitter"də yazıb.

“Bakıya rəsmi səfərim zamanı biz əlaqələrimizdə yeni səhifə açmaq barədə razılığa gəldik. Prezident İlham Əliyevlə səmimi görüşümdə, xarici işlər naziri Ceyhun Bayramov və parlament sədri Sahibə Qafarova ilə apardığım müzakirələrdə biz əlaqələrimizi daha da genişləndirmək üçün yol xəritəsini müəyyənləşdirdik. Biz qonşularımıza üstünlük verməyə davam edirik", - İran XİN başçısı bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş