XİN başçılarının Nyu-Yorkda keçiriləcək görüşünün vaxtı dəqiqləşib

Xəbərlər

26.09.2024 - 12:51

cedabet dərman SEO Xidməti

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş bu gün Bakı vaxtı ilə 18:15-də keçiriləcək

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş bu gün Bakı vaxtı ilə 18:15-də keçiriləcək. AYNA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc edilən məlumatda qeyd olunub.

Məlumat üçün əlavə edək ki, Azərbaycan və Ermənistan XİN başçıları sonuncu dəfə bu ilin iyulunda Vaşinqtonda NATO sammiti çərçivəsində görüşüblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş