Xəzərdə zəlzələ olub

Hadisə

13.02.2023 - 15:39

Maqnitudası 3.4 olan yeraltı təkan 60 kilometr dərinlikdə baş verib

Xəzər dənizində zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 14:19-da Xəzər dənizində qeydə alınıb.

Maqnitudası 3.4 olan yeraltı təkan 60 km dərinlikdə baş verib.

Müəllif: Ayna.az