Hamilə qadın ağır qəzaya uğrayıb

Hadisə

26.11.2019 - 18:26

Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir

 

Nərimanov rayonu Ağa Neymətulla küçəsində avtomobil qəzası baş verib.

 

AYNA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində iki nəfər yaralanıb. 

 

"Qəza barədə məlumat təcili yardıma saat 13:46-da daxil olub. Hadisə yerindən 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə KTM-ə çatdırılıblar", - deyə məlumatda qeyd olunur.

 

Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Müəllif: Ayna.az