Xarkovun atəşə tutulması nəticəsində 38 nəfər yaralanıb

Dünya

04.07.2023 - 23:31

cedabet dərman SEO Xidməti

Xilasedicilərin ərazidə fəaliyyətləri davam etdirilir

Rusiyanın Xarkov vilayətinin Pervomayskiy şəhərini atəşə tutması nəticəsində 38 nəfər yaralanıb.

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorunun ofisi məlumat yayıb. Bildirilib ki, yaralananlar arasında biri üç aylıq körpə olmaqla 12-si uşaqdır.

Xarkov regional hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, hücum nəticəsində 8 mərtəbəli binanın pəncərələri sınıb, 4 avtomobil alışıb, 1 avtomobilə isə ziyan dəyib. Xilasedicilərin ərazidə fəaliyyətlərini davam etdirdikləri qeyd olunub.

Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermakın sözlərinə görə, Rusiya əraziyə yüksək partlayıcılıq qabiliyyəti olan mərmi atıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş