"Xarici siyasətimizin müstəqil xarakteri milli maraqlara əsaslanır” - PREZİDENT

Aktual

29.04.2022 - 11:59

İlham Əliyev: "Təhlükəsizlik olmadan əməkdaşlıq, iqtisadi faydalar olmayacaq"

"Azərbaycanın xarici siyasətinin müstəqil xarakteri bizim milli maraqlarımıza və maksimum səviyyədə nailiyyətlərə əsaslanır".
AYNA xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

“Biz regionumuzda təhlükəsizlik və əməkdaşlıq barəsində bu günümüzün və gələcəyimizin ayrılmaz bir hissəsi kimi düşünməliyik. Çünki təhlükəsizlik olmadan əməkdaşlıq, iqtisadi faydalar olmayacaq. Azərbaycanın öz resurslarına əsaslanan iqtisadi performansı da həmçinin sabitlikdən, təhlükəsizliyin bir hissəsi olan uzunmüddətli sabitlikdən qaynaqlanır”, - dövlət başçısı vurğulayıb.

Müəllif: Ayna.az