Xaricdə təhsil üçün sənəd qəbuluna iyunun 6-dan start veriləcək

Xəbərlər

03.06.2022 - 16:59

Həkimlər Klinikalar SEO Xidməti

Sənəd qəbulu 20 gün müddətində aktiv olacaq

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbuluna iyunun 6-da start veriləcək.

AYNA xəbər verir ki, bunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı təşkil olunan brifinqdə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.

O bildirib ki, sənəd qəbulu 20 gün müddətində aktiv olacaq.

Qeyd edək ki, Baş nazir Əli Əsədov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qayda”nın və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”nın təsdiqlənməsi ilə bağlı qərar imzalayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş