Komanda 2024/2025-ci illər mövsümündə Region Liqasında çıxış edəcək
Azərbaycanda “Xankəndi” futbol klubu yaradılıb.
AFFA-dan AYNA-ya verilən məlumata görə, komanda 2024/2025-ci illər mövsümündə Region Liqasında çıxış edəcək.
Klub hələlik ev oyunlarını Şamaxı Olimpiya Mərkəzində keçirəcək.
