Xaçmazda 35 yaşlı kişi bıçaqlanıb

Hadisə

02.03.2024 - 01:19

Yaralının vəziyyətinin ağır olduğu bildirilir

Xaçmazda bıçaqlanma baş verib. AYNA-nın APA-ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Kamran Niftəliyev çoxsaylı bıçaq xəsarətləri ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Onun vəziyyəti ağırdır. Hazırda K.Niftəliyevin harda və kim tərəfindən bıçaqlandığı araşdırılır.

Müəllif: Ayna.az