Xaçaturyan Ermənistan Prezidenti seçilə bilmədi: ikinci tur olacaq

Dünya

03.03.2022 - 12:08

Həkimlər Klinikalar SEO Xidməti

Hakim fraksiyanın namizədi lazım olan 81 səsi toplaya bilməyib

Ermənistan Parlamenti səsvermənin birinci turunda ölkənin yeni Prezidentini seçə bilməyib. AYNA erməni mediasına istinadən bildirir ki, Vaaqn Xaçaturyanın namizədliyinin lehinə 69 deputat yekdilliklə səs verib. 

Birinci turda seçilmək üçün isə 81 səs tələb olunub.

Səsvermədə yalnız hakim “Mülki müqavilə” fraksiyası iştirak edib. Müxalifətdə olan “Ermənistan” və “Mənim şərəfim var” fraksiyaları seçkiləri boykot edib.

Səsvermənin ikinci turunda Ermənistan Prezidenti 65 səslə seçilə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş