Witkoff: "Putin ABŞ ilə münasibətləri yenidən qurmaq imkanı görür"

Dünya

30.04.2025 - 14:25

Həkimlər Klinikalar SEO Xidməti

Trampın nümayəndəsinin Rusiya lideri ilə dörd görüşü olub

“Rusiya Prezidenti Vladimir Putin onilliklər ərzində ilk dəfə Vaşinqtonla münasibətlərə yenidən baxmağı düşünür”. AYNA.AZ “The Hill”ə istinadən bildirir ki, bu sözləri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.

“Düşünürəm ki, onilliklər ərzində ilk dəfədir ki, Putin Rusiya Federasiyasının ABŞ-la münasibətlərinə yenidən baxmaq imkanı görür və bu, göz qabağındadır”, –Vitkoff əlavə edib.

Bildirib ki, onun Putinlə hər biri ən azı üç saat, biri isə demək olar ki, beş saat davam edən dörd görüşü olub.

Daha əvvəl “Bloomberg” yazıb ki, Putin Vitkoffa hazırkı mövqelərdə atəşkəsdən imtina etdiyini söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş