Beynəlxalq pul köçürmələri sistemi qərar verib
"Western Union" beynəlxalq pul köçürmələri sistemi Rusiya və Belarusda fəaliyyətini dayandırır.
AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə şirkətin saytında qeyd edilib.
Bildirilib ki, həmçinin son həftələr ərzində onun komandası ukraynalı müştərilərə, o cümlədən, məcburi köçkünlərə hər cür dəstək vermək üçün çalışır.
Buraya humanitar yardım səylərini və pulsuz pul köçürmə xidmətlərini dəstəkləmək üçün ianələr daxildir.