“Vüqar Həşimov Memorialı-2022”yə start verilib

İdman

18.12.2022 - 19:31

Həkimlər Klinikalar SEO Xidməti

Turnirdə ilk gedişi Vüqarın atası Qasım Həşimov edib

Bu gün Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq turnir başlayıb.

AYNA xəbər verir ki, yarışın ilk üç günündə rapid turniri keçiriləcək.

İlk turda Abdulla Qədimbəyli Rauf Məmmədov, çinli Van Hao Şəhriyar Məmmədyarov, Semuel Şenklend (ABŞ) Aydın Süleymanlı, Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov ispaniyalı Valeho Pons, Rumıniya şahmatçısı Riçard Rapport isə hindistanlı Qukeş D ilə qarşılaşır.

Birinci mərhələdə ilk gedişi Vüqar Həşimovun atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov V.Hao ilə Ş.Məmmədyarovun görüşündə edib.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş