“Visa” və “MasterCard” Rusiyada fəaliyyətini dayandırdı

Dünya

06.03.2022 - 12:46

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiya bankları tərəfindən buraxılan kartların “MasterCard” sistemi artıq dəstəklənməyəcək”

“Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemləri Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə TASS-ın məlumatında qeyd edilib.

“Visa”nın Mətbuat Xidmətindən bildirilib ki, hazırda Rusiyada bütün əməliyyatların dayandırılması istiqamətində iş aparılır.

“MasterCard”dan isə qeyd edilib ki, şəbəkə əməliyyatlarının dayandırılması barədə qərar Rusiya əleyhinə sanksiyaların tətbiqi ilə əlaqədar qəbul edilib: “Bu tədbir o deməkdir ki, Rusiya bankları tərəfindən buraxılan kartların “MasterCard” sistemi artıq dəstəklənməyəcək”.

Qeyd olunub ki, Rusiyada buraxılmış “MasterCard” kartları işləməyəcək, ölkədən kənarda buraxılanlara isə Rusiya Federasiyasındakı pərakəndə satış məntəqələrində və bankomatlarda dəstək verilməyəcək. Şirkət əlavə edib ki, “MasterCard” "uyğun olduqda" və "qanunla icazə verildiyi" halda fəaliyyətini bərpa etməyi planlaşdırır.

“Sberbank” tərəfindən buraxılan “Visa” və “MasterCard” kartları ölkədə ödəniş sistemlərinin fəaliyyəti dayandırıldıqdan sonra yalnız Rusiyada işləyəcək.

“Müştərilər ölkədə əməliyyatlar həyata keçirə biləcəklər - nağd pul çıxara, kart nömrəsi ilə köçürmələr edə, həm oflayn mağazalarda, həm də Rusiyanın onlayn mağazalarında ödəniş edə biləcəklər”, - deyə bankın məlumatında vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş