Vətəndaşlardan qanunsuz saxladıqları 7 ov tüfəngi aşkarlanıb

Xəbərlər

24.01.2023 - 11:14

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 23-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 7 ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Müəllif: Ayna.az